Türkiyə ilə Ermənistən arasında ilkə imza atıldı

Baxılıb:196
Türkiyə ilə Ermənistən arasında ilkə imza atıldı

Türkiyə ilə Ermənistan dövlətləri arasında daha bir ilkə imza atılıb.
Kanal20.az xəbər verir ki, ötən həftə tarixdə ilk dəfə olaraq Ermənistanın paytaxı İrəvandan Türkiyənin Van şəhərinə təyyarə reysi baş tutub.
Bu barədə məlumatı “Hraparak” erməni qəzeti yayıb.
Məlumata görə, 35 dəqiqə davam edən uçuş Gürcüstan hava yollarına aid sərnişin təyyarəsilə reallaşıb.
Təyyarədə olan erməni sərnişinlər Türkiyənin Van şəhərində bələdiyyə sədri və HDP-li şəxslər tərəfindən yüksək səviyyədə qarşılanıblar.
Keçirilən görüşlərdə bildirilib ki, İrəvan-Van təyyarə reyslərinin mütəmadi həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən hadisə ilə bağlı Türkiyə hökuməti hələ də açıqlama verməyib.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir