Liderlik və motivasiya məktəbinin qızları dövlət qurumları görüşdü
“Yeniyetmə qızların liderlik və motivasiya məktəbi” layihəsinin ilk günü keçirilib.
“Azərbaycan Uşaqları” İctima Birliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasında “Yeniyetmə qızların liderlik və motivasiya məktəbi” layihəsinin ilk günü keçirilib.
Layihə çərçivəsində AUİB-nin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində reabilitasiya keçən 11 nəfərdən ibarət həssas qrupdan olan lider qızlar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək,Heydər Əliyev Muzeyində Ulu öndərin həyat və yaradıcılığı ilə yaxından tanış olub.
Layihənin ilk görüşü Naxçıvan MR Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova ilə keçirilib.Görüşdə komitə sədri liderlik bacarıqlarının artırılması, inkişaf etdirilməsi üçün motivasiya modellərini iştirakçılar ilə bölüşüb və iştirakçılar Rəssamlar İttifaqında keçilən sərgi ilə tanış olub.
Layihənin davamında iştirakçılar Naxçıvan MR Təhsil Nazirliyinin nazir vəzifəsini müvəqqəti icra edən nazirin müavini Elxan Nəcəfov və Naxçıvan Dövlət Universitetinin prorektoru Aidə Cəlilzadə ilə görüşüb.Səmimi görüş zamanı uşaqların təhsil sahəsində inkişafı,yaradıcılıq bacarıqları,innovativ yeniliklər və peşə bacarıqları mövzuları ətrafında birgə fəaliyyət, əməkdaşlıq müzakirələri aparılıb.
Görüşün sonunda iştirakçılar əl işlərindən ibarət hədiyyələri rəhbər şəxslərə təqdim edib.