Göyçayda polis əməkdaşları məktəblilərlə görüşüb

Baxılıb:226
Göyçayda polis əməkdaşları məktəblilərlə görüşüb


Göyçay şəhər 1 saylı orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib. Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə antinarkotik təbliğatının daha da gücləndirilməsi məqsədilə keçirilən tədbirdə narkotik vasitələrin fəsadları barədə məktəblilərə ətraflı məlumat verilib.
Məktəblilərlə görüşdən çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Müqalib Abdıyev əsrimizin bəlasına çevrilən narkomaniyanın fəsadlarından, insan sağlamlığı üçün zərərlərindən, eləcə də narkotik vasitə və psixotrop maddələrdən istifadə edən şəxslərdə yaranan asılılıqdan söz açıb, şagirdləri zərərli vərdişlərdən uzaq olmağa çağırıb.


Həmçinin, tədbirdə narkomaniyanın fəsadlarını özündə əks etdirən videoçarx nümayiş olunub və mövzu ilə əlaqəli şagirdləri maraqlandıran suallar cavablandırılıb.

AzTimes.az


Abunəlik