Naxçıvanda ƏMƏLİYYAT -Saxta pul kəsən şəxslər SAXLANILDI

Baxılıb:383
Naxçıvanda ƏMƏLİYYAT -Saxta pul kəsən şəxslər SAXLANILDI

Polis əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirib.

Naxçıvan MR DİN-in mətbuat xidmətindən AzTimes.az-a bildirilib ki, keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində ölkə ərzisinə saxta dollar əskinaslarını gizli yollarla gətirən dəstə müəyyən olunaraq saxlanılıb.

Həmin şəxslər saxlanılan zaman onların üzərindən 10000(on min) saxta ABŞ dolları götürülərək istintaqa təqdim edilmişdir.

Həmin dəstənin digər üzvlərinin və əlavə cinayət əməllərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

AzTimes.az


Abunəlik