Rəsulzadə yəhudiləri necə xilas elədi?- SÜNNƏT ƏMƏLİYYATI

Baxılıb:1057
Rəsulzadə yəhudiləri necə xilas elədi?- SÜNNƏT ƏMƏLİYYATI

İkinci dünya müharibəsi dövründə soyqırıma məruz qalan yəhudilərə bəzi millətlər kömək etməyə çalışırdı. Bu günün özünə qədər də Azərbaycanlıların xilas etdiyi yəhudi uşaqları və ailələri barədə İsrail və digər ölkələrin kitablarında məlumatlarla rast gəlmək olar.

Əfsanəvi Həmzə Sadıqov, Fransada diplomat olan Qacar xəndanının üzvü, İrəvan xan ailəsinin davamçısı Əbdül Hüseyn Sərdari, Bakılı Əlizadə Hüseynov və daha yüzlərlə ad çəkmək olar ki, həyatlarını risk altına atıb yüzlərlə yəhudini faşist düşərgələrindən və əsirliyindən xilas ediblər. Azərbaycan Cümhuriyyətinin qurucularından biri Məhəmməd Əmin Rəsulzadə də alman konslagerindən və krematoriyadan yüzlərlə yəhudini azərbaycanlı adı ilə xilas edib.
İkinci dünya müharibəsinin ilk illərində əsir düşən yəhudiləri sünnət olmalarına görə müəyyən edib ya güllələyirdilər, ya da krematoriyada yandırırdılar. Azərbaycanlılar və Mərkəzi Asiyadan olan türklər də sünnət olduqları üçün yəhudi hesab olunub faşizm qurbanı olurdular. Təkcə 6 ay ərzində diri diri yandırılan yəhudilər hesab edilən yüzlərlə Sovet müsəlmanı da var idi ki, onların içində kifayət qədər azərbaycanlı var idi. Sovet müsəlmanları yəhudi olmadıqlarını desələr də, Almanlar içində islam üzrə bilgili olan zabitlər onlardan kəlimeyi-şəhadəti soruşurdular. Sovet dövründə İslama olan münasibətə görə çoxsaylı müsəlmanlar bu şəhadəti bilmədikləri üçün onlara “Sən müsəlman deyilsən, yəhudisən” deyə ağır cəzalar verirdilər.
Kiçik haşiyə çıxım ki, Rəsulzadə əsla və əsla faşizmə və Hitlerə rəğbət bəsləməyib. Onunla görüşdən qaçıb.Hitler Almaniyası Rəsulzadəni kommunizmə qarşı savaşda əməkdaşlığa dəvət etdikdə, O, bu təkliflə yalnız Azərbaycanın “milli haqları və istiqlal davasının” tanınması şərtilə görüşüb razılıq verəcəyini demişdir.

Əsas onunla görüşməyə can atan Alman ordusunun generalı, Hitlerin sevimli zabiti Rozenberq idi. Rəsulzadə o dövrdə Almaniyada belə yaşamayıb. Rumuniyada, Buxarest şəhərində Türkiyənin buradakı səfirliyi ona kiçik bir ev vermişdi. Hərdən bir danışıqlar üçün Almaniyaya gedir, sonra geri qayıdırdı. Yalnız müharibə bitdikdən sonra birdəfəlik Almaniyaya getdi. Yəni Rəsulzadənin almanlarla heç bir siyasi əməkdaşlığı olmayıb.

Rəsulzadə Almaniyaya bir neçə dəfə gedib gəldiyi üçün bu məsələni eşidir.
Tarixçi alim Nəsiman Yaqublu “Məmməd Əmin Rəsulzadə” adlı kitabında yazır ki, M.Ə.Rəsulzadə müharibənin ilk aylarından yüzlərlə azərbaycanlı hərbi əsirin yəhudi adı ilə qətlə yetirilməsindən xəbər tutur. Belə ki, almanlar 1500 azərbaycanlını güllələyəndən sonra onların yəhudi olmadığını bilirlər”
Rəsulzadə faşist Almaniyasının Şərq Nazirliyinə müraciət edərək Azərbaycanlıların və Mərkəzi Asiyadan olan türklərin də, digər xalqlardan olan müsəlmanların da İslam dininə görə sünnət olduqlarını və yəhudi sünnəti ilə müsəlman sünnəti arasında fərq olduğunu bildirdi. Kəlimeyi -şəhadət məsələsinə gəldikdə isə Rəsulzadə 1923-cü ildən rusların Allahsızlıq siyasəti yeritdikləri üçün islam qaydalarının onların bilməməsini izah edə bildi. Lakin Alman rəsmləri bu fərqin sübut olunmasını tələb etdilər.
Bunun üçün Rəsulzadə bir neçə din xadiminin rəyi ilə Alman ordusunda islam bilicilərinə məlumat verdi ki, sünnət ayini zamanı müsəlman kişilərin cinsiyyət üzvünün baş dəri örtüyü tamam, yəhudilərdə isə qismən götürülür. Rəsulzadə Şərq nazirinə təklif etdi ki, tanınmış bir müsəlman din xadiminin də iştirakıyla ölüm düşərgələrində saxlanılan Azərbaycan oğullarının seçim əməliyyatı keçirilsin. Rozenberq razılaşdı, bunun üçün Alman rəhbərliyinə məlumat verdi ki, bunu yoxlamaq üçün komissiya təşkil edilsin
Razılıq alındı və komissiya üzvləri içərisində Qüdsdəki Beytül-Müqəddəs müftisi Nəsin Əl-Hüseyn, Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə və mayor Fətəlibəy Düdənginskinin də olduğu komissiya əsas düşərgələrdə müsəlmanların yoxlanmasına başlandı. Mauthauzen, Osventsim, Buhenvald, Beljets, Sobibor, Treblinka və digər bu kimi düşərgələrdə azərbaycanlılar, müsəlmanlar ayrıldı və onlar ölüm düşərgələrindən azad edildilər. Alman ordusunda qalıb xidmət etmək istəməyən 116 min müsəlman isə Türkiyəyə göndərildi. Və….
Bu komissiya Rəsulzadənin və Düdənginskinin müftiyə xahişindən sonra yüzlərlə yəhudi də azərbaycanlı adı ilə xilas edildi. Rəsulzadə barədə tədqiqatlar aparmış mərhum Aydın Balayev yazır: “Müharibənin əvvəlində almanlar sünnət olunmuş bir çox müsəlmanları, o cümlədən də azərbaycanlıları yəhudi hesab edərək güllələyirdilər. Rəsulzadə və mühacirətin digər nümayəndələrinin müdaxiləsindən sonra azərbaycanlı hərbi əsirlərin bu səbəbdən güllələnməsi faktiki olaraq dayandırıldı. Bu, bir çox yəhudinin də həyatını xilas etməyə imkan verdi. Belə ki, alman əsirliyində olan bəzi yəhudilər də özlərini müsəlman kimi təqdim etməyə başladılar”
Maraqlı bu hadisələr fonunda olub. Alman düşərgələrindən xilas edilən müsəlmanlara caamat namazı qılınması deyilir. I tank ordusunun komandanı general fon Makizen məsciddə namazı onlarla birgə qılır. Xilas edilən yəhudilər də müsəlmanlardan namaz sözlərini və qaydalarını öyrənib caamat namazında iştirak edirlər. Daha çox əsirin saxlandığı Geniqsberqin “Telzit” hərbi düşərgəsindən Azərbaycan türklərini və müsəlman azərbaycanlıları seçib “Şelzi” hərbi düşərgəsinə aparıblar. Onlar içlərində yəhudilər də olublar. Sonradan Türkiyənin işə qarışması sayəsində döyüşmək istəməyənlər Ankaraya yola salınıb, içlərində də xilas edilən yəhudilər olublar.
Cümhuriyyət tədqiqatçısı, dəyərli Dilgam Ahmad Azərbaycan Cümhuriyyəti xadimlərindən Abbas bəy Atamalıbəyovun xatirələrini əldə edib. Abbas bəyin xatirəsini yazan Dilqəm Əhməd yazısında onun fikirlərini qeyd edir:
“Bir çox həbs düşərgələrini gəzə bildim, müxtəlif yerlərdə və əksər hallarda mən öz həmvətənlərimi tapa və onların həyatını xilas edə bildim”
Bunlar içərisində qafqaz xalqları ilə yanaşı ilə yəhudilər də olub böyük ehtimalla.
Məhz Rəsulzadə sayəsində xilas olan yəhudilər sonradan yaradılan İsrail dövlətinin vətəndaşları oldular.
Zaur Aliyev , dosent/AzTimes.az/


Abunəlik