İçki içməsə də, sərxoş olur – Nadir xəstəlik

Baxılıb:115
İçki içməsə də, sərxoş olur – Nadir xəstəlik

Türkiyədə karbohidratlı və şəkərli qidaların orqanizmdə spirtə çevrilməsinə səbəb olan “Avto-Brewery Sindromu”na rast gəlinib.

Sözügedən xəstəlik Giresunda Verda Güniz Atış Azrakda (58) rast gəlinib. O, spirtli içki qəbul etməsə də, karbohidratlı və şəkərli qidalardan sonra sərxoş kimi gəzir.

“Avto-Brewery Sindromu” bağırsağın balans problemi, yəni bağırsaqdakı mikroorqanizmlərin tarazlığının dəyişməsi nəticəsində yaranan xəstəlikdir.

Azrak müalicə aldıqdan sonra xəstəliyi səngiyib. Onun sözlərinə görə, xəstəlik zamanı o, şüursuz davranışlar sərgiləyir, baxışları dəyişir, əsəbi olur.

Türkiyədə ilk dəfə görülən bu xəstəliyə indiyədək yalnız ABŞ və Kanadada rast gəlinib.


Abunəlik