Avtomobil qeydiyyat nişanına müdaxilə edənləri hansı CƏZA GÖZLƏYİR?

Baxılıb:128
Avtomobil qeydiyyat nişanına müdaxilə edənləri hansı CƏZA GÖZLƏYİR?

Sürücü dövlət nömrə nişanındakı ”9”-u, ”8” edib.

Texniki baxışdan yayınmaq üçün sürücülər son illərdə bu üsula əl atırlar.

Dövlət qeydiyyat nişanlarına müdaxilə edən sürücülər əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə Mərkəzinin əməkdaşları tərəfindən aşkar edilir.

Bu sürücü qanunvericiliyin tələblərini pozaraq, ”Zil” markalı nəqliyyat vasitəsinə təhkim olunmuş ”62-BD-589” dövlət qeydiyyat nişanlarında ”9” rəqəmini boya vasitəsilə dəyişərək ”8” rəqəminə çevirib. Kamazın sürücüsü isə ”01-BM-688” qeydiyyat nişanına palçıq sürtərək görünüşü çətinləşdirib.

Hər iki sürücü Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib.

“Belə qanunazid əməl törədən sürücülər nə qədər cərimə olunurlar?”

Qeyd edək ki, texniki baxışdan yayınan sürücülər inzibati qaydada 50 manat, dövlət qeydiyyat nişanına müdaxilə edənlər isə 4 bal və 100 manat məbləğində cərimə edilir.


Abunəlik