“Azərsun”un 62 ton məhsulu yarasız çıxdı

Baxılıb:125
“Azərsun”un 62 ton məhsulu yarasız çıxdı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız 62 ton süd məhsullarını məhv edib.

AzTimes.az xəbər verir ki, məhv edilən yararsız məhsullar “Sun Food” MMC-yə (VÖEN – 9900020861) məxsus olub.
Qeyd edək ki, “Sun Food” MMC qida sektorunda fəaliyyət göstərən “Azərsun” holdinqə məxsus şirkətdir. Nizamnamə kapitalı 110 milyon 225 min 20 manat olan “Sun Food” 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi İrfan Yılmazdır. Şirkət “Azərsun” ilə eyni hüquqi ünvanda – Heydər Əliyev 94 ünvanında qeydiyyatdadır.Ekonominfo.az


Abunəlik