Azərbaycanda hamilə qadın xəstəxanada dünyasını dəyişdi

Baxılıb:193
Azərbaycanda hamilə qadın xəstəxanada dünyasını dəyişdi

Salyanda hamilə qadın xəstəxanada dünyasını dəyişib.

“Report”un  məlumatına görə, rayonun Qarabağlı kənd sakini, 2003-cü il təvəllüdlü Çobanova Gülyanaq Cəlal qızı Salyan Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

Xəstəxanadan verilən məlumata görə, 26-27 həftəlik hamilə qadın xəstəxanaya gətirilərkən anomal vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.

AzTimes.az


Abunəlik