Polis Qubada şagirdlərlə görüşdü – FOTOLAR

Baxılıb:217
Polis Qubada şagirdlərlə görüşdü – FOTOLAR

Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 4 nömrəli tam orta məktəbində “Narkotikə yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

AzTimes.az xəbər verir ki,çıxış edən Rayon Polis Şöbəsinin rəisinin şəxsi heyət üzrə köməkçisi, polis mayoru Rüstəm Hüseynov müasir dövrümüzdə çox böyük təhlükəyə çevrilərək dünyanı təhdid edən narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. Narkotik asılılığının aludəçilərin faciəvi sonluğuna səbəb olduğunu, belə vasitələrdən onların əhatəsində olan insanların da ciddi zərər gördüyünü qeyd edərək bu fəlakətlə mübarizə istiqamətində görülən işlər haqqında geniş məlumat verib.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və narkotik vasitələrin fəsadlarından bəhs edən sosial çarxlar nümayiş etdirilib.


Abunəlik