Qədim Aşşurun qəribə qanunları – Ərli qadınlar döyülür,hətta öldürülürdü
Antik toplumlarda qadınlar, xüsusilə də evli qadın daim nəzarətdə saxlanılırdı ki , zina etməsin. Assur qanunları ərləri arvadlarının uyğunsuz davranışlarına görə qadınları döyməyə, qamçılamağa , hətta öldürülməsinə icazə verirdi. Bundan başqa , şəhərdə baş örtüsüz
gəzən qadınlar da günah işləmiş sayılırdı.
Yalnız fahişələr və kölələr , yəni seks üçün əldə edilə bilən qadınlar , şəhərdə başıaçıq, örtüksüz gəzə bilərdi. Baş örtüyü olmadan , başıaçıq gəzən qadınin əri arvadı üzərində nəzarəti əldən vermiş mənasına gəlirdi və buna görə şiddətli cəza verilirdi.
Hammurapi qanunları da qadınlara qarşı çox sərt idi . Belə ki , özünü gizlətməyən , evdən ərindən icazəsiz çölə çıxan , ərinin qürurunu alçaldan qadınlar boğularaq öldürülürdü.
Bu cəza bu mənanı verirdi: həm özbaşına qadını öldürüb belə pis məxluqdan qurtulmuş olurdular , həm də ərinin namusu təmizlənirdi.
Bu qanunların məqsədi qadınları zinadan qorumaq idi .
Herodotun yazdığına görə Qədim Misirdə də zinada ittiham edilən qadını əri doğrayıb cəsədini itlərə atmışdı. Bundan başqa zinada
ittiham edilən qadınlar diri-diri yandırılırdı.
Zina edənin cəsədini tikə-tikə doğramaq , yandırmaq ruhun bu dünyadan digər dünyaya rahat şəkildə köçmə şansını ortadan qaldırmaq üçün idi .
Eric Berkowitz – “Seks və Cəza” kitabından
AzTimes.az