Dələduzluqla axtarışda olan şəxs Şirvanda narkotiklə saxlanıldı

Baxılıb:258
Dələduzluqla axtarışda olan şəxs Şirvanda narkotiklə saxlanıldı

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzTimes.az- a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Rzayev saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.
Faktla əlaqədar Şirvan ŞPŞ-də aparılan araşdırmalar zamanı E.Rzayev barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açıldığı və hal-hazırda axtarışda olduğu da müəyyən edilib.
Araşdırmalar davam etdirilir.


Abunəlik