Görünməmiş olay! Bəxtiyar Hacıyev prezidenti məhkəməyə verdi-VİDEO

Baxılıb:887
Görünməmiş olay! Bəxtiyar Hacıyev prezidenti məhkəməyə verdi-VİDEO

“Facebookda məni blok etdiyinə görə prezident İlham Əliyevi məhkəməyə vermişəm”.

AzTimes.az xəbər verir ki,bu sözləri ictimai fəal Bəxtiyar Hacıyev “Bumerang Media” kanalina açiqlamasinda bildirib.

Onun sözlərinə görə, dünən ən təcrübəli hakimlərindən biri məhkəməyə təyin olunub:

“Heç bir xüsusi siyasi maraq yoxdur, sırf iki tərəf kimi hüquqi müstəvidə dartışacağıq. Məncə, maraqlı olacaq.

Əsas arqumentlər bunlardır ki, prezidentin səhifəsi onun şəxsi profili deyil, dövlət hesabına saxlanan və kontenti dövlət hesabına formalaşan resursdur. Prezidentin təminatı da dövlət hesabına həyata keçirilir, səhifədə özünün fəaliyyəti ilə bağlı məlumatlar paylaşır, insanlara bu fəaliyyəti bəyənmək, müzakirə etmək imkanı verir.
Bir vətəndaşın Facebookda heç bir qayda pozmadığı halda kiminsə kefi istəyir deyə, siyasi baxışlarına görə blok edilməsi qanunsuz hesab edilməlidir.”


Abunəlik