Gəncədə qanunsuz narkotik saxlayan gənc həbs edildi

Baxılıb:214
Gəncədə qanunsuz narkotik saxlayan gənc həbs edildi

         Gəncədə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzTimes.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini Ruhin Babayev saxlanılaraq polis bölməsinə gətirilib. Polis Bölməsində onun üzərinə baxış keçirilən zaman qurudulmuş marixuana aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirəri nəticəsində saxlanılan şəxsin şəhər ərazisində sahibsiz evlərin birində gizlətdiyi 2 kq qurudulmuş marixuana da aşkar edilərək götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.


Abunəlik