Ağstafada kürəkən qayınatasına balta ilə ağır xəsarət yetirib

Baxılıb:173
Ağstafada kürəkən qayınatasına balta ilə ağır xəsarət yetirib

 

Ağstafa rayonunda 57 yaşlı kişiyə kürəkəni tərəfindən ağır xəsarət yetirilib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb.

Ağstafa rayon sakini, 1962-ci il təvəllüdlü Mehdiyev aydın Qurban oğlu yaşadığı evin həyətində başından balta ilə ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib və cərrahiyyə əməliyyatı olunub.

Yaxınlarının bildirdiyinə görə, hadisəni mübahisə zəminində kürəkəni törədib.

Faktla bağlı araşdırma aparılır.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir