Bakıda “KamAZ” avtomobilə çırpılıb

Baxılıb:139
Bakıda “KamAZ” avtomobilə çırpılıb

 

Paytaxtın Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, 10 KU 408 dövlət qeydiyyatı nişanlı “VAZ-2107” markalı avtomaşın hərəkətdə olarkən qəfildən əyləci basıb.

Nəticədə arxadan gələn 90 UF 220 dövlət qeydiyyatı nişanlı “KamAZ” markalı yük maşını sürəti nizamlaya bilmədiyi üçün “VAZ-2107” markalı avtomobilə arxadan çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da “VAZ-2107” markalı avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir