Şah İsmayıl Xətainin Bilmədiyimiz xüsusiyyətləri

Baxılıb:2954
Şah İsmayıl Xətainin Bilmədiyimiz xüsusiyyətləri

Cəmi 14 yaşında taxta çıxaraq (1487-1524) Səfəvilər dövlətinin əsasını qoyan bu hökmdar Azərbaycanın qəhrəmanlıq ,sevgi simvoludur. Şeyx Səfi nəslinin ən görkəmli nümayəndəsi Cəmi 14 yaşda taxta çıxaraq sahəsi 3.500.000kv/km ərazini əhatə edən böyük Səfəvi imperiyasının(1501-1736) əsasını qoyan İsmayıl Ağqoyunlu Uzun Həsənin qızı Aləmşah bəyimlə (Marta) Şeyx Heydərin izdivacından olma üç övladdan sonuncusu idi. Dövlətin əsas dayağı hesab edilən qızılbaş mürşidləri tərəfindən olduqca yüksək təhsillə təmin olunmuş İsmayıl zəmanəsinin ən güclü siyasətçisi,hərbiçisi,dövlət xadimi,həm də ən gözəl şairi idi .Onun poeziyamıza bəxş etdiyi”Dəhnamə” əsəri,gözəl eşq qəzəlləri insanı başqa bir aləmə aparır. Onun qurmuş olduğu dövlət böyük bir ərazini əhatə edirdi.Müasir dövlətlərdən Azərbaycan ,Rusiya ,Türkmənistan,İran,Gürcüstan,Küveyt,Bəhreyin Suriya,İraq,Əfqanıstan,Pakistan,Özbəkistan və Türkiyənin bir hissəsi Səfəvilərin ərazisinə daxil idi.Qarşısına qoyduğu məqsədə əzmlə sarılan,girdiyi döyüşlərdən qələbə ilə çıxan bu hökmdar babamız qısa müddət ərzində bir çox əraziləri Səfəvi bayrağı altında birləşdirmiş,bu addımı ilə də qərb dövlətlərini onunla hesablaşmağa məcbur qoymuşdu.Və bunun nəticəsidir ki,1514-cü ildə Qərbin fitvası ilə Çaldıran düzündə türk dünyasının iki nəhəng dövləti –Səfəvi və Osmanlı üzüzə gəldi . Nəticədə Səfəvilər məğlub oldu. Əslində bu səfəvilərin yox,bütün türk dünyasının qərbə yenik düşməsi idi.Çünki bu döyüşün reallaşması iki qardaşın bir biri ilə çəkişməsindən Qərb güc alacaqdı ki, bu da türklərin yüz illər sonrakı məğlubiyyətlərinin kodlaşdırılması idi.Çaldıran döyüşünün reallaşması üçün Qərb çox səy göstərdi.Əvvəlcə ortaya şaiyələr atıldı .Guya Osmalı Yavuz Səlim 40 min şiəni ,Şah İsmayıl isə 10 min sünnini amansızcasına edam etdirib.Təbii ki,söhbət XVI əsrdən gedirsə şaiələrin qarşısını almaq çətin idi.Bir atalar deyiminə arxalansaq tülkü tülkülüyünü sübut edincə dərisi boynundan çıxar.Tarixin gedişini dəyişən bu yalan məlumatlar nə yazıx ki,bu gün bir çox tarixçi və araşdırmaçılar tərəfindən də fakt kimi istifadə olunur .Osmanlı sultanı Bəyazidin dövründə Səfəvi-Osmanlı münasibətləri normal idi. Bunu biz şahların bir birlərinə yazdıqları məktublardan da görürük.Hətta İşmayıl bir məktubunda Bəyazidi atasına bərabər tuturdu.Lakin Osmanlı sultanının oğlu Yavuz Səlim tərəfindən taxtdan salınması ilə hər şey dəyişdi.Tarixi qaynaqlardan da göründüyü kimi Şah İsmayıl Osmanlılarla müharibədən son ana kimi qaçırdı. Bu onun çəkinməsi ,qorxması ilə əlaqəli deyildi.Bilirik ki,istər qızılbaşlar arasında ,istərsə də Səfəvilərin istila etdiyi ərazilərdə İsmayıl eynən İsgəndər,Mete xaqan,Atilla kimi ilahi, məğlubedilməz hesab olunurdu.Buna haqları da var idi. Çünki Çaldıran savaşına kimi bir dənə belə olsun döyüşdə məğlub olmamışdı Xətai. Xətaiyə güc verən səbəb onun olduqca təmkinli biri olması idi. Bunu onun Sultan Səlimlə olan yazışmalarından da açıq aydın görmək olar.Belə ki,Şah İsmayıl Səlimin təhqir dolu dört məktubundan cəmi birinə olduqca savadlı ,iynə kimi batan mədəni ifadələrlə cavab yazmışdı. Çaldıran döyüşü (23 avqust 1514) üç gün davam etdi.Bu döyüşə Osmanlı 100 000,Səfəvilər isə 40.000 nəfərlik qoşun çıxarmışdılar.Bütün cəhdlərə baxmayaraq sayca az olan,heç bir odlu silaha malik olmayan Səfəvi ordusu məğlub oldu. Dövrünün tarixçiləri qeyd edirlər ki,Çaldıran məğlubiyyətindən sonra İsmayıl çox sarsıldı.Ömrünün qalan on ilini sakit həyat sürməyə sərf etdi .Qaynaqların məlumatına görə İsmayıl 23 may 1524-cü ildə ,36 yaşında gözlərini əbədi olaraq yumur. Ama onun qısa ömründə gördüyü işlər ona əbədi ölməzlik qazandırır.Türk dilinin saray dilinə (Dövlət dili) çevrilməsinin əsasını qoydu.Türk dilində ilk divanı yaratdı. Onun barəsində nəinki səfəvi və osmanlı tarixçiləri, hətta o dövr vətənimizlə diplomatik əlaqələri olan qərb səyyahları da yazırdı. Venesiyalı bir tacir öz qeydlərində Şah İsmayıl barədə çox maraqlı fikirlər söyləyir.O, qeyd edir ki, şah mənalı şeirlər yazması ilə yanaşı həmdə gözəl səsə malikdi.O həmçinin Şah İsmayılın bərənd adlı çalğı alətində özü çaldığını və özü oxuduğunu deyir.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir