Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib

Baxılıb:356
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib

Azərbaycan xalqının müasir tarixini yazan Yeni Azərbaycan Partiyasının dahi şəxsiyyət, siyasətçi və dövlət xadimi, xalqımızn ümumilli lideri Heydər Əliyev tərəfindən yaradılması faktı bu günümüz üçün deməyə əsas verir ki, o ölkəmizin ən yeni tarixinin möhtəşəm siyasi hadisəsi hesab olunur. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan Dövlətinin ictimai-siyasi həyatında gənclərin, xüsusilə Yeni Azərbaycan Partiyasının üzvü olan gənclərin xüsusi rolu vardır. Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatı Gənclər Birliyi rayonun ictimai-siyasi həyatında yaxından iştirak edir və qazanılan uğurlarda onların əhəmiyyətli rolu rayon rəhbərliyi və Yeni Azərbaycan Partiyası rayon təşkilatı tərəfindən yüksək qiymətləndirilir. YAP Goyçay rayon təşkilatının üzvləri konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad etmişlər. Tədbirdə YAP GB nin sədri Seymur Orucov , Millət vəkilləri Cavid Osmanlı, Sabir Hacıyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı və Göyçay Rayon İcra Hakimiyyətinin Başcısı Mehdi Səlimzadə iştirak edirdi. Konfransın açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləmişdir. Konfransı giriş sözü ilə açan YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov konfrans nümayyəndələrini salamladı və konfrans işinə başladı. Konfransda YAP Göyçay rayon Gənclər Birliynin sədri Aytən Nəbiyeva (Hesabat çıxışı) , YAP Göycay rayon təşkilatının fəal gənclərdən Əhmədov Tural , Şirinli İlkin ,Həbibullayeva Nuranəvə digər yoldaşlar çıxış etmişlər. Çıxış edən natiqlər qeyd etdilər ki, Yeni Azərbaycan Partiyası gənclərlə əməkdaşlığa böyük əhəmiyyət verir. Sevindirici haldır ki, rayon təşkilatında partiyaya qəbul olunan yeni üzvlərin arasında gənclər üstünlük təşkil edir. Bu fakt onu göstərir ki, Azərbaycan gəncliyi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti birmənalı dəstəkləyir. Qeyd edək ki, hazırda rayon təşkilatında 8065 nəfər YAP üzvünün 3324 nəfərini gənclər təşkil edir. Bunlardan 1938 nəfəri qadın, 1367 nəfəri ali, 802 nəfəri orta ixtisas, 1155 nəfəri orta təhsilli olmaqla onlardan 1350 nəfəri təhsil, 122 nəfəri mədəniyyət, 560 nəfəri səhiyyə, 118 nəfəri idarəetmə orqanlarında və 878 nəfəri digər idarə və müəssisələrdə işləyirlər. Fəaliyyəti dövründə Gənclər birliyi dövlətimizin həyta keçirdiyi müxtəlif tədbirləri və Azərbaycan reallıqlarını işıqlandırmaq və sosial şəbəkələrdə əhatəmizdə olan insanlarla bölüşmək məqsədi ilə Facebook sosial şəbəkəsində “YAP Göyçay ” “ Azərbaycan “ adlı səhifə Birlik qrupu və 25000-ə yaxın üzvünü özündə birləşdirən “Azərbaycan “ adlı qrup fəaliyyət göstərib.Bu səhifələri və qrupları yaratmaqda da əsas məqsəd partiyamızın və dövlətimizin xalqımızn firavanlığı, sosial rifahı, bir sözlə ölkəmizin inkişafı naminə gördüyü işləri, həmçinin Azərbaycan reallıqlarını həmin sosial şəbəkədə işıqlandırmaqdan ibarət olub. Eyni zamanda fəallarımız Facebook sosial şəbəkəsində fəaliyyət göstərən “YAP Gənclər Birliyi “ adlı səhifədə “Qələbə” və digər qruplarda öz fəallıqları ilə də seçilirlər. Gənclər boş vaxtlarının böyük hissəsini sosial şəbəkələrdə keçirirlər. Çünki bu, həyatımızın ayrılmaz hissəsinə çevrilib.Gənclərimiz ölkənin gələcəyinə biganə deyillər və ona görə də, ölkəmizdə həyata keçirilən siyasətin uğurlarını sosial şəbəkələr vasitəsilə təbliğ edirlər. Konfransda bildirildi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin hədəflərindən biri gənclərin hərtərəfli inkişafı və onlara layiqli həyat şəraitinin yaradılmasıdır. Bunun üçün dövlətimiz tərəfindən bütün imkanlar yaradılır. Prezident İlham Əliyevin bu istiqamətdəki siyasəti YAP-ın fəaliyyətində də əksini tapır. Partiyamız gənclərin fəallığını təmin etmək, onların öz bilik və bacarıqlarını üzə çıxarmaq, bütövlükdə özlərini ifadə etmək üçün bütün imkanları yaradır. Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu gün bu partiya ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir. Xatırladaq ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi rayonda bütün siyasi tədbirlərdə yaxından və fəal iştirak etmişdir. Bunların ən əsası 2015-ci ilin noyabrın 01-də Milli Məclis seçkilərinin, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında 2016-cı ilin sentyabrın 26-da ümumxalq səsverməsinin (referendum), 2018-ci ilin aprel ayının 11-də Prezident seçkilərinin keçirilməsi olmuşdur. Xüsusilə seçkilərin keçirilməsinin hazırlığı dövründə, təbliğat və təşviqat işlərində yüksək təşəbbüskarlıq göstərmiş və seçki günü hamılıqla seçki məntəqələrində iştirak etməklə ölkə Prezidenti İlham Əliyev cənablarını dəstəkləmişlər. 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd olunması ilə əlaqədar keçirilən tədbirlərdə də Gənclər Birliyi xüsusi fəallıq göstərmişdir. Hesabat dövrünün ən yaddaqalan hadisələrindən biri 2015-ci il oktyabr ayının 06-da ölkə Prezidenti cənab İlam Əliyevin rayonumuza tarixi səfər etməsi , YAP Göyçay rayon təşkilatının inzibati binası və Göyçay Gənclər Mərkəzinin açılışlarında xeyir dua verməsi biz gənclərin yaddaşından heç vaxt silinməyəcək. 2019-cu ildə bizi daha mühüm vəzifələrin həyata keçirilməsi gözləyir. Bildiyimiz kimi 2019-cu il yanvar ayının 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda ölkə Prezidenti İlham Əliyevin giriş və yekun nitqlərində son 15 ildə görülmüş işlər təhlil olunmuş, qazanılmış uğurlar, əldə olunan nəticələr yüksək qiymətləndirilmişdir. 2019-cu ildə və növbəti illərdə infrastruktur layihələri ilə bağlı görüləcək işlər, kənd təsərrüfatının, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi ilə həyata keçiriləcək tədbirlər, bütövlükdə ölkə iqtisadiyyatının inkişafının istiqamətləri müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. 2019-cu ilin siyasi hadisələrindən biri dekabr ayında bələdiyyə seçkilərinin keçirilməsi olacaqdır. Əvvəlki illərdə olduğu kimi bu seçkilərdə də Yeni Azərbaycan Partiyası rayon təşkilatının Gənclər Birliyi yaxından iştirak edərək, çalışacaq ki, bələdiyyə üzvülüyünə namizədlər sırasında gənclərimiz daha çoxluq təşkil etsinlər, gələcəkdə gənclərimiz rayonun, yaşadıqları ərazilərin sosial-iqtisadi, həyatında yaxından iştirak etsinlər. Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının Gənclər Birliyi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ətrafında daha sıx birləşdiyimizi bəyan edir, 2019-cu ildə qəbul olunmuş Dövlət Proqramlarının icrasında fəal iştirak edəcəyimizə söz veririk. Çixış edən qonaqlar Yeni Azərbaycan Partiyası Goyçay rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransının isinə ugurlar arzu etdilər,Prezidentimizin apardigi ugurlu gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qaygıdan söhbət açdılar.Natiqlər qeyd etdilər ki , bugun hər bir gəncin həyatının ayrılmaz hissəsinə cevrilmiş sosial şəbəkələrdə, ölkəmızin qarasına kompaniya aparan, ölkəmizi, prezidentimizi ləkələyib,ölkəmiz haqqinada dünyada mənfi rəy formalaşdırmağa çalışan ermənipərəst dairələrin , sapı özümüzdən olan baltaların yalanlarına tutarlı cavab vermək , onlarin yalanlarını faktlarla ortaya çıxarmaq hər bir gəncin borcudur. Konfransda Əhmədov Tural Zayid oglu YAP Göyçay rayon təşkilatı Gənclər birliyinin sədri seçilmişdir. Eyni zamanda 19 nəfərdən ibarət Şuranın üzvləri , 9 nəfərdən ibarət idarə heyəti , YAP Gənclər Birliyinin ümumrespublika konfransına 2 nəfər nümayəndə seçilmişdir. Sonda Goyçay rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı iştirakçıları ilə birgə xatirə fotosu çəkildi.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir