Ağcabədidə mina yararsızlaşdırıldı

Baxılıb:116
Ağcabədidə mina yararsızlaşdırıldı

Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndi ərazisində əkin sahəsindən mərmi tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyindən Az Times.az-ya verilən məlumata görə, bu barədə məlumat Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən daxil olub.
Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Ağcabədi Rayon Polis Şöbəsinin və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Ağcabədi rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib və əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə minanın partladıcısı (MVÇ-62) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partladıcının ətrafında 2 000 kv.m əraziyə yerüstü, 200 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb

Əlibala Əsgərov /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir