Göyçay rayonunda avtomobil qəzası zamanı ölən və xəsarət alan şəxslərin adları məlum olub

Baxılıb:132
Göyçay rayonunda avtomobil qəzası zamanı ölən və xəsarət alan şəxslərin adları məlum olub

AzTimes.az-ın yerli bürosunun xəbərinə görə, “VAZ 21011” və “Daewoo” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarətlə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Onlardan biri – “VAZ 21011”-in sürücüsü, Kürdəmiş kənd sakini, 1952-ci il təvəllüdlü Babayev Ələkbər Tapdıq oğlu xəstəxanada dünyasını dəyişib, digər avtomobilin sürücüsü və sərnişinləri – Kürdəmiş kənd sakinləri, 1981-ci il təvəllüdlü Allahverdiyev Aqşin Firudin oğlu, 1999-cu il təvəllüdlü Qasımov Elton Qasım oğlu və 1999-cu il təvəllüdlü Zeynalov Ramiz Elçin oğlunun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
***
Saat 19:35
Göyçay rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Az Times.az-nın yerli bürosunun xəbərinə görə, hadisə Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ-21011” və “Daewoo” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ağır xəsarət alıb.
Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan biri xəstəxanada ölüb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır

Əlibala Əsgərov AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir