İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Baxılıb:49
İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərindəki yaşayış ərazisinə zərbə endirməsi nəticəsində 1 nəfər ölüb, 19 nəfər yaralanıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə bildirib.

Prezident xəsarət alanlar arasında iki azyaşlının olduğunu açıqlayıb.

O, bütün zərərçəkənlərə lazımi yardımın göstərildiyini vurğulayıb.

Məlumata görə, bu gün, 2022-ci ildən bəri ilk dəfə Xarkova hava bombası ilə zərbə endirilib.


Abunəlik