Bakıdakı 136 nömrəli məktəbdə ÖZBAŞINALIQ: Direktor iki ildə NECƏ VARLANIB? – ŞOK FAKTLAR
Təhsil sahəsinin gələcək nəslin yetişməsində əvəzsiz olduğu hər kəsə məlumdur. Boş yerə deyilməyib ki, bir milləti məhv etmək üçün öncə onun düşünən beyinlərini və savadlı kütləsini yox etmək lazımdır. Gələcək isə təhsil ocaqlarından, bağça və məktəblərdən başlayır. Çünki məhz təhsil ocaqlarında təlim-tərbiyə ön plana çıxır. Bu iş isə zəhmətkeş, dürüst və peşəsini vicdanla görən müəllimlərin üzərinə düşür. Lakin təəssüflər olsun ki, hələ də Azərbaycanın təhsil sahəsini uçuruma aparan, sağlam gələcək yetişdirmək əvəzinə gələcəyimizi məhv etməyə səy göstərən “pedaqoq”lara rast gəlinir. Özüdə ən təhlükəli məqam ondan ibarətdir ki, bu cür “pedaqoq”ların əksəriyyəti məktəblərdə rəhbər vəzifələrdə təmsil olunurlar. Bu rəhbərlər isə “burada mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə hərəkət edərək təhsil müəssisələrini bərbad vəziyyətə qoyurlar. Beləcə gələcək nəsillərimiz məhv edilir.
AzTimes.az TehsilMedia.az xəbər verir ki, özbaşınalığın, qanunsuzluğun tüğyan etdiyi növbəti təhsil müəssisəsi Bakı şəhər Xəzər Rayonu R.M.Sadıqov adına 136 nömrəli tam orta məktəbdir. Hər halda bu barədə iddianı adının açıqlanmasını istəməyən mənbə səsləndirib və məlumatları redaksiyamıza göndərib. Mənbənin iddiasına görə, adıçəkilən məktəbin direktoru Şərbətova Aysel Bəxtiyar qızı təhsil müəssisəsinə ayaq basdığı ilk gündən guşədəki şəhid şəkillərini 10 manatdan satıb: “Məktəbdə dəfələrlə bıçaqlanma hadisəsi olsa da, direktor müxtəlif yollarla bunu ört-basdır etməyi bacarıb. Eyni zamanda, məktəbin fiziki tərbiyə müəllimi 8-ci sinif şagirdinə cinsi təcavüz etsə də, direktor Aysel Şərbətova faktı gizlətməyə cəhd göstərib. Lakin hüquq mühafizə orqanlarının araşdırması nəticəsində fakt öz təsdiqini tapıb və cinayətkar “müəllim” həbs olunub”.
Mənbənin bildirdiyinə görə, direktor Aysel Şərbətova 2021-ci ildə direktor vəzifəsinə təyin olunsa da, cəmisi iki il ərzində özünə xeyli mülk almağı bacarıb: “Onun Bakıda çoxmərtəbəli binada evi, Binə qəsəbəsində həyət evi var. Sentyabr ayında isə özünə, dəyəri 50 min manat olan son model avtomobil alıb.
Hətta övladlarının baş hərfi ilə başlayan “zerkalnı” avtomobil nömrəsi almaqdan çəkinməyib. Övladı illiyi 5 min manat olan Atatürk liseyində oxuyur. Aysel Şərbətova bütün bu var-dövləti məktəb direktoru və MİQ imtahanında komissiya sədri olmaqla əldə edib. Amma təbii ki, dövlətin verdiyi maaş yox, aldığı rüşvət hesabına. Bundan başqa direktor müəllimlər, texniki işçilər və valideynlərlə kobud rəftarı ilə tanınır. Bakı Şəhər Təhsil İdarəsində ona himayədarlıq edənlərin olması Aysel Şərbətovanın əl-qolunu açır və direktor özbaşınalıqlarını davam etdirir. Onun yarıtmaz idarəçiliyi səbəbindən neçə-neçə savadlı müəllim məktəbi tərk etmək məcburiyyətində qalıb. On ildən çox pedaqoji fəaliyyəti olan şəxsin son iki ildə bu qədər var-dövlətə sahib olması ciddi suallar doğurur”.
Müəllimlər iddia edir ki,hər ay müxtəlif adlarla pul yığılır.
Kimsə səsini çıxardanda deyir ki,rəhbərliyin tapşırığıdır.Elm və Təhsil Nazirliyin qəti qadağan etməsinə baxmayaraq yenil il şənliyi ilə əlaqədar kütləvi bilet satılıb.
Abaloji hadisə noyabr ayında qəzet pulu adı altında 150 nəfərdən çox müəllimdən pul yığılıb
Yeni il qabağı kollektivi hansı sürprizlər ğözləməsini qabaqcadan demək o qədər də çətin deyil.
Ümid edirik ki, bu qədər qanunsuzluğun, rüşvətin və özbaşınalığın tüğyan etdiyi məktəb və onun rəhbərliyi haqda aidiyyatı qurumlar ciddi araşdırmalara başlayacaq və iddialar təsdiqini taparsa, Aysel Şərbətova barəsində ciddi ölçü götürəcəklər. Əks halda, təhsil adına xələl gətirən bu cür şəxslərin sayı günbəgün artacaq və gələcəyimiz ciddi təhlükə altına düşəcək.
P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!