“Elşad Musayev övladımı ölümcül hala salıb özümü polisə verdi”-VİDEO

Baxılıb:351
“Elşad Musayev övladımı ölümcül hala salıb özümü polisə verdi”-VİDEO

T. A. Tural oğlunun valideynləri AzTimes.az saytına müraciət edərək bildirib ki, onlar autizm xəstəsi olan övladlarını  diş şişməsi ilə Respublika kliniki xəstəxanasına aparıblar. Xəstəxanada çalışan üst çənə cərrahı  Elşad Musayev azyaşlini heç bir analiz etmədən(valideynlərin iddiasına görə) əməliyyat edib. Əməliyyatdan sonra xəstənin vəziyyati pisləşib. Bunu görən həkim onun başqa özəl xəstəxanaya köçürülməsinə bir təhər icazə verib. Həmin xəstəxanada bir neçə orqanından əməliyyat olan xəstənin əməliyyat xərcinin bir hissəsini  İcbari Tibbi Sığorta ödəsə də , maddi rifahı olduqca aşağı olan ailə 2500 AZN borclanıb və övladlarının mxəstəxana xərclərini qarsılaya bilmədikləri üçün evdə müalicəyə üstünlük veriblər.  Elşad Musayeva onlara dəstək olması üçün müraciət edən ailə həkimdən daha bir zərbə alıb.  Həkim onu guya şantaj edirlər deyib ailəni polisə verib. Lakin     Yasamal rayonu 29-cu Polis Bölməsinin apardığı şəffaf araşdırma nəticəsində məlum olub ki,  yazılan şikayət heç bir həqiqəti əks etdirmir.
Məsələ ilə bağlı Respublika Kliniki Xəstəxanasına göndərdiyimiz sorğu  beş gün sonra cavablandırıldı. Baxmayaraq , Elşad Musayev bir qrup media nümayəndəsinin özünə yönləndirdiyi suallara  cavab verməkdən yayınsa da, yazılı  mövqeyini sizə olduğu kimi təqdim edirik:

“Nəzərinizə çatdırmaq istərdim ki, Noyabr ayının 3-ü, şöbənin iş saatları bitdikdən sonra TTY şöbəsinə sözü gedən xəstə valideynləri tərəfindən gətirilmişdir, bununlar bağlı növbətçi həkimlə əlaqə saxlanıldı, həkim gələnə gədər mən xəstəxanada olduğum üçün həmin xəstəyə həkim rezidentlərlə yanaşı baxışı keçirdim. Artıq xəstəyə infusion terapiya aparılırdı, qanın müayinələri aparılmışdır. Xəstənin klinik baxışı və şikayətləri əsasənda – sol çənəaltı nahiyənin şişməsi, hiperemiyası, palpasiya ağrılı, fluktuasiya, yüksək hərarət, udqunmanın 3 gündür olmaması, valideynlərin bu proses artıq yeddi gün davam etdiyini bildikləri sol çənəaltı nahiyənin fleqmonası diaqnozu qoyuldu, valideynlərə bu məlumat bildirildi, əməliyyatın sığorta ilə aparıldığı bildirildi və saat 16:30 – 17:00 radələrində poliklinikada yerli anestziya altında fleqmona açıldı, irin xaric edildi, boşluq yuyuldu, drenaj və sarğı qoyuldu. Səhər ümumi baxış ərzində xəstə yaxşı olduğunu və artıq udquna bildiyini, su içdiyini və yemək az yediyini bildirdi. Xəstənin qalan müayinələri aparıldığı zaman döş qəfəsi rentgenində dəyişikliklə müəyyən edildi, lakin təxminən saat 11:00 radələrində xəstənin məcburi vəziyyət alması, uzandığı halda boğulma və döş qəfəsində ağrıların olduğu müəyyən edilmişdir. Bu, dərhal xəstədə mediastenit kimi fəsadlaşmasının olduğu kimi qiymətləndirildi, yanında qalan nənəsinə bildirildi ki, valideynləri ilə təcili əlaqə saxlanılsın, pulmonoloqun baxışı aparıldı, pulmonoloq bizim şübhələrimizi dəstələdi, xəstə RİTŞ-ə köçürüldü, birgə məsləhətləşmə əsasında intensiv antibiotik və infuzion terapiya başlanıldı. Eyni zamanda, bu patologiya zamanı baş verəcək fəsadlaşma olduğu üçün torakal cərrah olan tibb müəssisələrinə müraciət edilmişdir. Bazar günü səhər RİTŞ-də torakal cərrahın baxışı keçirildi, cərrah bizim şübhələrimizlə razı olduğunu, lakin hələ cərrahi müdaxiləyə ehtiyacın görmədiyini, diaqnozun təsdilənməsi üçün KT müayinəsinin aparılmasının lazım olduğunu və bizim apardığımız konservativ müalicə ilə razı olduğunu bildirdi. Həmin gün bütün cəhdlərə baxmayaraq KT müayinənin apaparılması xəstənin vəziyyətinə görə mümkün olmadı. Eyni zamanda həkim reanimatoloqlar laborator müayinələrə görə xəstənin vəziyyətinin yaxşıya doğru getdiyi bildirmişlər. Həftənin birinci günü məni xəstənin vəziyyəti qane etmədi, digər həkimlərlə də məsləhətləşmələr keçirdik və mediastenitin olması qərarına və ixtisaslı müalicənin tələb olunması qənaətinə gəldik. Bu barədə dərhal xəstənin qohumlarına məlumat verdik, ki, xəstənin vəziyyəti bizi qane etmir və torakal cərrah lazımdır. Bu halda ilk olaraq qohumlar təhdiq etdirlər, hədə qorxu gəldilər, daha sonra məni ittiham etdiləri ki, nədən gec dedin, bəlkə biz xəstəmizi özələ, Türkiyəyə və ya Amerikaya apardıq, imkanınım da vart hər yerə də əlimiz çatır. Mən öz əlaqələrimdən və xəstəxana rəhbərliyinin imkanlarından istifadə edərək torakal cərrahlar olan müxtəlif klinikalarla əlaqə saxladım və nəticədə ATU-nun Tədris cərrahiyyə klinikası xəstəni qəbul etməyə razılıq bildirdi, TƏBİB-ə məlumat verildi, qısa müddətdə sənədləşmə aparıldı, ola biləcək xərclərin sığorta ilə ödənilməsi təmin edildikdən sonra xəstə TY maşını ilə ATU-nun TCK-sında köçürüldü. Orada müvafiq müalicə aparıldıqdan sonra xəstə evə yazıldı. Müalicə dövrü ərzində mən klinikanın rəhbəri ilə mütəmadi olaraq əlaqə saxlamışam.Burada vurğulamaq istəyirəm ki, hesab edirəm bizim xəstənın çevik müdaxiləsi, qısa müddətdə xəstənin ixtisaslı yardım alması üçün ATU-nun klinikasına köçürülməsi və orada ola həkmilərin səriştəsi nəticəsində xəstənin həyatı xilas edilmişdir. Mən bu halda əlimdən gələndən də artıq yardım etmişəm və məqsədim də xəstənin həyatının xilas edilməsi olmuşdur.”

Elşad Musayev


Abunəlik