Abşeron – Xızı regional Təhsil İdarəsi bu məktəbi gözdən çıxarıb?-Dərslik verilmir

Baxılıb:354
Abşeron – Xızı regional Təhsil İdarəsi bu məktəbi gözdən çıxarıb?-Dərslik verilmir

AzTimes.az xəbər verir ki, Abşeron səhər Xırdalan 9 saylı tam orta məktəbdə vəziyyət acınacaqlıdır. Belə ki, 2023-2024-cü tədris ili məktəbdə beş yaşlılar üçün səkkiz məktəbəqədər qrup açılıb. Amma heç bir qrup dərsliklə təmin edilməyib. Buna görə də müəllimlər hər gün azyaşlılara PDF formada tapşırıqlar verir. Bu isə müəllimin vaxtına, onsuz da maddi durumu normal olmayan əksər valideynin isə büdcəsinə mənfi təsir göstərir. Valideynlər bildirir ki, yeni dərs ili başlayandan dərslik üçün dəfələrlə Abşeron -Xızı regional Təhsil İdarəsinə müraciət etmişik, zəng vurmuşuq. Amma bizim müraciətinizi məhəl qoyan olmayıb.
Qurum rəhbərliyi ilə əlaqə saxlamaq istəsək də , bu mümkün olmadı. Yəqin ki, hörmətli İlhamə xanım körpələrin düşdüyü çətinliyi görməzdən gəlməz. Bizim indi saçlarını oxşayıb şirinliyinə oxşamalar söylədiyimiz körpələr gələcəyin potensial həkimi, alimi, müəllimi,ən ümdəsi bir xalqın, cəmiyyətin formalaşmasına təsir edəcək valideynlərdir. Gələcəyimizi kor qoymayın.


Abunəlik