YOL XƏTTLƏRİNİN KEYFİYYƏTSİZ RƏNGLƏNMƏSİ NƏTİCƏSİNDƏ PİYADALARLA BAĞLI AVTOQƏZALARIN SAYI KƏSKİN ARTIR

Baxılıb:297
YOL XƏTTLƏRİNİN KEYFİYYƏTSİZ RƏNGLƏNMƏSİ NƏTİCƏSİNDƏ PİYADALARLA BAĞLI AVTOQƏZALARIN SAYI KƏSKİN ARTIR

   

 Azərbaycanda son zamanlar yol-nəqliyyat hadisələri, xüsusən də piyadaların vurulması və ölümü ilə nəticələnən qəzaların sayı artıb və artmaqdadır.
2016-cı ildə bu qəzaların sayı 62 faiz, 2017 və 2018-ci illərdə isə 67-69 faiz faiz, 2021-ci ildə isə 73 faiz  olub. İl ərzində baş verən qəzaların xronologiyasına diqqət etdikdə bu il faiz dərəcələrinin daha yüksək olacağı ehtimal edilir.
Bəs nəyə görə Bakı şəhərində inşa edilən yeraltı və yerüstü keçidlər də yol qəzalarının sayını azalda bilmir, əksinə, bu neqativ hal artan templə davam etməkdədir?Bakı şəhərində avtomobil qəzalarının artması, xüsusən də bu qəzaların daha çox gecə saatlarında baş verməsi digər bir məqamı gündəmə gətirirb. Səslənən iddialara görə yollarda gecə saatlarında avtomobil qəzalarının artmasının əsas səbəblərindən biri yol xətlərinin düzgün və keyfiyyətli olmamasıdır.
Əldə etdiyimiz məlumata görə Bakı şəhərində yollara vurulan boyalar qısa zaman ərzində keyfiyyətini itirir. Normal hallarda yenilənmiş xətlər asfalt üzərində minimum 400 gün qalmalı olduğu halda Azərbaycanda bu xəttlərin ömrü 60-80 gün olur.
Bir d aha xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi yolların nişanlanması üzrə işlərin podratçısı qismində cəlb etdiyi “Yol Xətt” MMC ilə 2017-ci ildən indiyədək təxminən 30 milyon manatlıq iş icra etdiyi bildirilir.


 “Yol Xətt” MMC rəsmi saytında Bakı şəhərinin yollarında istifadə olunan boyaların markası, haradan alınması, tərkibi və keyfiyyəti barədə heç bir informasiya yoxdur.Və hər iki qurum il ərzində Bakı şəhərinin yollarına nə qədər boya işlətməsi və nə qədər xəttin çəkilməsi ilə bağlı hesabat vermir. Lakin bütün yazılanların fonunda qəti nəticəyə gəlirik ki, təkcə son 5-6 ildə Bakının inzibati ərazisində yollardakı xəttlərin rəglənməsinə 30 milyon manatdan çox vəsait ayrılsa da görülən keyfiyyətsiz işin nəticəsi olaraq sürücülər əlaxsus axşam vaxtları asfaltın üzərindəki piyada keçid xəttlərini,  yol kənarı və ortasında olan xəttləri aydın görə bilmədiklərindən piyadaların vurulması və ölümü ilə nəticələnən ağır avtoqəzalar baş verir. Hesab edirik ki, faciələrin səbəbkarları BNA və “Yol-xətt” MMC rəhbərliyidir Və onlar baş vermiş avtoqəzalar zamanı  birbaşa məsuliyyət daşıyırlar. Nəticəyə gəliik ki, vətəndaşlarımızın yollarda təhlükəsiz hərəkət etməsi üçün dövlət büdcəsindən ayrılan milyonlarla vəsaitlər iki qurumun gizli sövdələşməsi nəticəsində mənimsənildiyinə görə, digər ölkə paytaxtlarından fərqli olaraq piyada ölümlərinin sayına görə hətta MDB məkanında “liderlik” edirik. 

Bakı, Xətai rayonu, Vunqtau küçəsindəki piyada zolağı

Yuxarıda qeyd etdiyimiz kimi, hələlik saxlanılanları “cırtdan” korrupsionerlər adlandırmaq olar. Onların milyonları mənimsəyən əsas rəhbərləri azadlıqda və vəzifədə qalırsa, bu cür antikorrupsiya tədbirləri sonda  ictimai dəstək qazanmadığı kimi, dövlət və cəmiyyət üçün də heç bir effekti olmayacaqdır. İnanırıq jki, dövlət ( Korrupsiya İdarəi) növbəti dəfə daxili orqanlarında baş qaldıran “yaralar”ı təmizləmək üçün milyonları gizli sövdələşmələr nəticəsində mənimsəmiş Vüsal Kərimli kimi məmurlar barəsində qanunamüvafiq olaraq daha ciddi tədbirlərə start verəcək. Necə deyərlər, yaşayırq görərik. 
Bizi izləyin.
P.S.  Apardığımız 30 milyon manatlıq korrupsiya faktı təkcə BNA-da baş vermiş 1 epizod üzrə araşdırmanın nəticəsidir

İfadetv.com-un araşdırma qrupu


Abunəlik