Binəqədi İcra Hakimiyyəti Zərifə Əliyeva adına parkda tikinti aparır?- AÇIQLAMA

Baxılıb:464
Binəqədi İcra Hakimiyyəti Zərifə Əliyeva adına parkda tikinti aparır?- AÇIQLAMA

AzTimes.az xəbər verir ki, Binəqədi rayonunda salınmış dünya şöhrətli oftomoloq akademik Zərifə Əliyeva adına parkın ərazisində naməlum şəxslər tərəfindən tikinti işlərinə başlanılıb.Xatirə abidəsindən sağ tərəfdə, parkın içində ( 100m aralı) kimdirsə piyadaların istirahət yolunda, (həmdə bura velosiped və qaçış zolağıdır) yolu mənimsəyərək obyekti artırır. Fotolar bu gün səhər saatlarında çəkilib. Tikintinin aparılması ərazidən və yoldan istifadə edən vətəndaşların hərəkətinə mane olur, yol darlaşdığından ana yola çıxan piyadalar və velosiped istifadəçiləri üçün qəza təhlükəsi yaradır. .Tikintidə i işləyən fəhlənin iddiasına görə tikinti idi Binəqədi Rayon İcra hakimiyyəti tərəfindən aparılır.
Xatırladaq ki bir zamanlar Akif Çovdarovda bu parkda çoxmərtəbəli bina ucaltmışdı.

Binəqədi Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Leyla Quliyeva AzTimes.az-ın sorğusuna cavab olaraq bildirib:

-Sorğunuzla əlaqədar bildiririk ki, sözügedən ünvanda- Zərifə Əliyeva adına istirahət parkında istirahət edən sakinlərin rahatlığını təmin etmək məqsədilə sanitar qovşaq, həmçinin parkda yerləşən mini futbol meydançasına əlavə olaraq idmançılar üçün geyinib-soyunma otagi ve duş kabinaları inşa edilib. Əlavə məlumat üçün bildiririk ki, təmir işləri ərzində çalışanlar üçün konstruksiyadan inşa edilən müvəqqəti tikililər işlər yekunlaşdıqdan sonra söküləcəkdir.


Abunəlik