20 yanvar stansiyasında baş vermiş terrordan 25 il ötür.

Baxılıb:303
20 yanvar stansiyasında baş vermiş terrordan 25 il ötür.

AzTimes.az xəbər verir ki, Bakı metropolitenin 20 yanvar stansiyasında baş vermiş terrordan 25 il ötür.

19 mart saat 13:00-də 20 Yanvar metrostansiyasına partlayış baş verir. Saat mexanizmi ilə təchiz edilmiş əldədüzəlmə partlayıcı qurğu qatarın ilk vaqonunda, qatar dayanarkən partlayır. Partlayış nəticəsində 14 nəfər həlak olur, və 49 nəfər yaralanır.  Həlak olanların arasında terror hücumunun icraçısı Oktay Qurbanov və Azərbaycan Respublikasının xalq artisti Rafiq Babayev də var idi.Image result for Rafiq babayev

Həmin vaxtda Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyev terrorizmin araşdırılmasına aid Bakı Dövlət Komitəsini təyin edən fərman imzalayır. Cinayət törətmək şübhəsiylə,ləzgi xalqının azadlığı adı altında terrorçu fəaliyyətlə məşğul olmuş separatçı Sadval təşkilatının üzvləri həbs olunur.Image result for 19 mart terroruİstintaqa əsasən, terror aktının təşkilatçıları və təqsirləndirənlər Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqələr qurmuş və 1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyətçə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi-terror təxribat hazırlığı keçmişdir.  Related imageİstintaq zamanı müəyyənləşdirilmişdir ki, təxribatçılar təlimata uyğun olaraq, 20 Yanvar metrostansiyası ilə yanaşı Bakının “Nizami” kinoteatrında, Respublika Sarayında  və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırmışlar.

Terror aktı faktına görə, 11 nəfər məhkum edilib, onlardan ikisi ölüm cəzası ilə, 9 nəfər isə müxtəlif həbs cəzasına məhkum edilib.Related image


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir