2 idmançımız dünya çempionu oldu

Baxılıb:142
2 idmançımız dünya çempionu oldu

Azərbaycanın iki yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb.

45 kq-da Turan Daşdəmirov və 60 kq-da Roman Kərimov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daşdəmirov finalda rusiyalı Rüstəm Abatsiyevə xalların keyfiyyətinə (4:4) görə qalib gələrək dünya çempionu olub. Kərimov isə həlledici görüşdə gürcüstanlı Saba Surmanidzeni məğlub edib.

92 kq-da mübarizə aparan Mikayıl İsmayılov isə bürünc medal uğrunda qarşılaşmada iranlı Əliəkbər Aşgarivaladidən güclü olub.

Daha əvvəl yunan-Roma güləşçilərindən Yusif Əhmədli (65 kq) mundialı gümüş medalla başa vurub.


Abunəlik