Ziya Bünyadov prospektində ağır qəza – Yol bağlanıb + Fotolar

Baxılıb:246
Ziya Bünyadov prospektində ağır qəza – Yol bağlanıb + Fotolar

Ziya Bünyadov prospektində zəncirvari yol qəzası baş verib.

“Aztimes.az”  “Report”a istinadən xəbər verir ki, yolun “Koroğlu” metrostansiyasına gedən istiqamətində, körpünün Ayna Sultanova heykəlinə yaxın hissəsində iki minik və bir yük maşını toqquşub.

Qəzadan sonra yük maşını aşıb və maşınların həmin istiqamətdə hərəkəti demək olar ki, tam dayanıb. Aşan yük maşınının yoldan götürülməsi üçün əraziyə qaldırıcı kran cəlb olunub. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları və təcili tibbi yardım maşını gəlib.

Ölən və yaralananların olub-olmadığı barədə məlumat yoxdur.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir