Zahid Oruc: “Azərbaycanda respondentlərin mütləq əksəriyyəti seçkilərdə Ərdoğanın qalib gəlməsini dəstəkləyib”

Baxılıb:114
Zahid Oruc: “Azərbaycanda respondentlərin mütləq əksəriyyəti seçkilərdə Ərdoğanın qalib gəlməsini dəstəkləyib”

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Türkiyədəki seçkilərlə bağlı Azərbaycanda ictimai rəy sorğusu keçirilib. 

Sorğunun nəticələrini bu gün keçirilən mətbuat konfransında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc açıqlayıb. 

Onun sözlərinə görə, respondentlərin mütləq əksəriyyəti, yəni 90,4%-i keçiriləcək seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsini dəstəkləyib: 

“Onların 5,1%-i Kamal Kılıçdaroğlunu, 0,8%-i Məhərrəm İncəni, 0,1%-i Sinan Oğanı qalib görmək istədiyini bildiriblər. İştirakçıların 3,5%-i hansı namizədi dəstəkləməsi ilə bağlı rəyini isə bölüşməyib. İştirakçılar arasında Kamal Kılıçdaroğlunu tanıyanların 89,5%-i, Sinan Oğanı tanıyanların 89,8%-i, Məhərrəm İncəni tanıdığını qeyd edənlərin 87,8%-i prezident vəzifəsində yenidən Rəcəb Tayyib Ərdoğanı görmək istədiyini ifadə ediblər”. 

Z.Oruc qeyd edib ki, respondentlərin 87,8%-i 14 mayda keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qalib gələcəyini düşünürlər:

“6,3% Kamal Kılıçdaroğlunun qalib gələcəyi ehtimalını bölüşərkən, Məhərrəm İncə və Sinan Oğan cavabını qeyd edənlər 0,8% və 0,3% təşkil ediblər. Respondentlərin 5,9%-i bu barədə fikir bildirməkdə çətinlik çəkiblər. Ərdoğanı dəstəkləyənlərin 96,7%-i onun qalib gələcəyini ehtimal edib. Həmçinin Kılıçdaroğlunu dəstəkləyənlərin (6,3%) yarısı seçkilərdə Ərdoğanın qalib gələcəyi ehtimalını bölüşüblər”. 


Abunəlik