Zabit Səmədov və Araz Musayev gənclərə “ustalıq dərsi” keçdi
AzTimes.az xəbər verir ki, AMF- in üzvü olan Zabit Səmədov klubunda İFMA baş katibi Stefan Foksun iştirakı ilə “ustalıq dərsi” keçırılmışdır. Tədbirdə AMF Prezidenti , muaytay üzrə 14 cü Xan sahibi Azər Həsənsoy, AMF vitse Prezidenti 9 qat Dünya çempionu Araz Musayev də iştirak etmişlər. Zabit Səmədov klubunun gənc üzvlərinə Stefan Foksla bərabər klubun rəhbəri, tanınmış peşəkar idmançı Zabit Səmədov praktiki muaytay dərsi keçmişdir. Belə dərslərin keçirilməsi və gənclərlə görüş gələcək nəslin pis vərdişlərdən uzaq olmasna, sağlam həyat tərzi sürməsinə başlıca vəsilədir.
Pərvin Abışova /AzTimes.az/