MAGİYA ictimai birliyi tərəfindən 28-30 iyun tarixində Lənkəranda tədbir keçirildi

Baxılıb:288
MAGİYA ictimai birliyi tərəfindən 28-30 iyun tarixində Lənkəranda  tədbir keçirildi

AzTimes.az saytı xəbər verir ki, MAGİYA ictimai birliyi tərəfindən 28-30 iyun tarixində Lənkəranda yerləşən “Palıdlı Sahil” İstirahət Mərkəzində ““Azərbaycanda yaşayan milli azlıqlar: mədəniyyətlərarası dialoq” mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində Azərbaycan Respublikasının 15 yaşayış məntəqəsindən (Astara, Bakı, Cəlilabad, Göygöl, İsmayıllı, Kürdəmir, Qax, Quba, Lənkəran, Naftalan, Sumqayıt, Şəmkir, Yardımlı, Yevlax, Zaqatala) olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 3 günlük nəzəri-praktik konfransın (panel müzakirələr və infoturlar) keçirildi. Nəzəri-praktik konfransda müxtəlif etnik qrupların nümayəndələrindən (Lahıclılar, avarlar, tatlar, ləzgilər, almanlar, kürdlər, talışlar və qərbi azərbaycanlılar) ibarət 9 nəfər qız və 16 nəfər oğlanın iştirakı təmin olunmuşdur. İctimai birliyin heyətindən başqa nəzəri-praktik konfransda qonaq qismində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini cənab Elbəy Fətəliyev iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar. Nəzəri-praktik konfransda işçi heyətlə iştirakçılar arasında multikulturalizm və tolerantlıq sahəsində bir çox mövzuların: “Azərbaycanda yaşayan milli azlıqlar, onların həyat tərzi, dilləri, dinləri, adət-ənənələri, mədəniyyət mərkəzləri, KİV və internet resursları” müzakirə olunması və 3 günlük tədbir ərzində mövzularla bağlı müxtəlif sosial çarxların izlənilməsi, habelə Lənkəran da daxil olmaqla, Lerik və Astara rayonlarına infoturların (Lənkəran rayonu üzrə – M.A.Əliyev adına Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə səfər, Lənkəranın Separadi kəndində inkişaf etdirilən həsirçilik və dulusçuluq sənətləri ilə tanışlıq, Lənkəranın Separadi kəndində fəaliyyət göstərən folklor və rəqs ansamblı olan “Nənələr” qrupu ilə görüş, Lənkəran rayonunun Səpnəkəran kəndində 85 yaşlı Surxay Əliyevin 4500 illik gil tütəkdə ifasını dinləmək; Lerik rayonu üzrə – dünyanın yeganə uzunömürlülər muzeyi olan Lerik rayon Uzunömürlülər Muzeyinə səfər; Astara rayonu üzrə – Astara rayon Tarix-Diyarşünaslıq Muzeyinə səfər, Astara rayonunun Ərçivan qəsəbəsindəki, XIX əsrə aid ləm və Yanar Bulaq kompleksinə səfər) təşkil olundu. Tədbirin sonunda bütün iştirakçılara sertifikatların verildi, gənclər multikulturalizm və tolerantlıq sahəsində müvafiq təqdimatları təqdim etdilər. Qeyd edək ki, layihənin məqsədi Azərbaycanda yaşayan milli azlıqlar və onların həyat tərzi, habelə onların dili, dini, adət-ənənələri, mədəniyyət mərkəzləri, KİV və internet resursları ilə yaxından tanış olmaq, respublikamızdakı multikulturalizm və tolerantlıq modelini tədqiq və təbliğ etməkdən ibarətdir.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir