Zəhər kimi öd, bal kimi pivə!

Baxılıb:271
Zəhər kimi öd, bal kimi pivə!

Deməli bir az çətinə düşürsən, bir baxırsan dost dediklərinin rişğəndi başlayır, təklənirsən, kövrəlirsən, özünü yer planetindən kənar havasız bir qalaktikada hiss edirsən. Ayaqlarını yerə basmaq istəyirsən olmur, nəfəs almaq istəsən, havasızlıq yaranır, ulğumun boğazının sözünə baxmır. Yenə “əşi, mənə elə gəlir” ətrafımdakılar yaxşıdır”deyib, özünə təsəlli verirsən, inandırırsan. Yenidən onlara sarı gedirsən və bu səfər daha dəhşətli mənzərə ilə qarşılaşırsan. Bir baxırsan ki, dünən səhərə kimi sənninlə içib sərxoş olan qardaşlar az qala gözünün yağında sənə badımcan qızardan, bu dəqiqə sənə potensial avara, pulsuz, çulsuz, işsiz, gücsüz, bar verməyən, qurumaqda israrlı olan ağac kimi baxırlar. Onlar bunu sənə deməsə belə, bir-birlərinə imalı baxışları bəs edir. Məsələn Kamal Sunalın, hansısa filmindəki kimi bəzən insan ətrafındakı əclafların iki üzlülüyünü görmək üçün yalançı ölüm səhnəsini yaratmağa can atır. Bugün beş quruşsuz qaldığında səni xor görən əclaf, sabah sən öləndə dəfninə gələcəkmi? Təbii ki, gəlməyəcək… səhnəsini izləmək istəyirsən. Yaşımın 37-si qədər represiyalar görmüş adamam. Məsələn, hər formada oğraşlığını, yaltaqlığını, məddahlığını, mənfətçiliyi görmüşəm. Bu da dünyadakı bütün repressyalardan daha böyük faciə olub mənim üçün. Nə yalan deyim, kinsizliyim və sadəlövhlüyüm mənim bu şeylərdən dərs almağıma mane olub. İki aydır müxtəlif formada yaşadığım şansızlığım məni 37-nin qurbanlarından daha çox öldürüb, sarsıdıb. Yəni biz bu qədərmi dar ağacların girdabındayıq, bu qədərmi nankor “adamların” yaxınındayıq?
Nəysə… boğazım qurudu, öd kisəmdəki, poliplərin sağlığına bir kruşka pivə içim deyə sevinirəm. Pivə, noxud bu aralar ən səmimi dostlardır. Hər gecə görüşüb baxışırıq, dərdləşirik sonra isə sarılıb yatışırıq…
Nihat Cəbrayıl /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir