Türkiyədə qadın koronavirus qorxusundan zəhərlənərək öldü

Baxılıb:182
Türkiyədə qadın koronavirus qorxusundan zəhərlənərək öldü

Türkiyənin Bursa şəhərində koronavirus qorxusundan evində mütəmadi olaraq yuyucu toz ilə təmizlik edən qadın zəhərlənərək ölüb.
“Haber Global” xəbər verir ki, bazar günü yenə təmizlik işləri görən Mukaddes Tunç adlı qadın həddindən artıq yuyucu tozu istifadə etidyi üçün zəhərlənərək özünü pis hiss edib.
Evdəkilərin müraciətindən sonra hadisə yerinə gələn təcili tibbi yardım briqadası qadını xəstəxanaya aparıb.
Həkimlərin səylərinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, M.Tunçun üç övladı var idi./oxu.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir