Yuxusuzluq sağlamlığa alkoqoldan daha çox zərər verir! – SOS

Baxılıb:44
Yuxusuzluq sağlamlığa alkoqoldan daha çox zərər verir! – SOS

Yağlı yeməklər, şəkərli içkilər və yuxusuzluğun sağlamlığa alkoqoldan daha çox mənfi təsiri var.

Bu nəticəyə Cənubi Kaliforniya Universitetinin həyat tərzi və qidalanma ilə bağlı araşdırma aparan alimləri gəliblər.

Mütəxəssislər gəmiricilərlə təcrübə apararaq öz nəzəriyyələrini təsdiqləyiblər. Məlum olub ki, siçanların nəinki çəkisi artıb, həm də məlumatları zəif yadda saxlamağa başlayıblar. Yuxusuzluq da eyni dərəcədə acınacaqlı təsir göstərir. Amerikalı alimlərin fikrincə, insanlar az yatırsa, bu, yorğunluğa, yaddaşın və idrak qabiliyyətinin pisləşməsinə səbəb olacaq.

Bundan əlavə, çörək, konfet və digər şirniyyatlara aludəçilik də zehni qabiliyyətləri korlayır.

Mütəxəssislər xatırladıblar ki, pis qidalanma vərdişləri, tərkibində çoxlu trans yağlar və oxşar maddələr olan qidalar piylənməyə səbəb olur.


Abunəlik