Yol qəzasında həlak olan hərbçimiz dəfn olundu – YENİLƏNDİ

Baxılıb:106
Yol qəzasında həlak olan hərbçimiz dəfn olundu – YENİLƏNDİ

Azərbaycan Ordusunun çətin relyefli dağlıq ərazidə baş verən yol qəzası nəticəsində həlak olan hərbi qulluqçusu Nihad Namazov Tovuz rayonunun Qovlar şəhər qəbiristanlığında dəfn olunub.

Mərasimdə mərhumun ailə üzvləri, hərbçilər, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, N.Namazov iyul ayında həqiqi hərbi xidmətə çağırılmışdı, 18 yaşı var.

Xatırladaq ki, sentyabrın 13-də çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu da həlak olub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, onların hər birinə şəhidlik statusu veriləcək.


Abunəlik