Yol polisi dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı növbəti tədbir keçirdi

Baxılıb:262
Yol polisi dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı növbəti tədbir keçirdi

Yol polisi dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı növbəti tədbir keçirib

Qusar rayon Dövlət Yol Polisi əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AzTimes.az-a bildirilib ki, yol polisləri tərəfindən rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də, ikinci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin maarifləndirilməsi məqsədilə reydlər təşkil edilir. Polis əməkdaşları tərəfindən dayanma-durma qaydalarını kobud şəkildə pozan nəqliyyat vasitələrinin sahibləri barəsində inzibati protokollar tərtib olunub və dayanacaqların boşaldılması təmin edilib.
Qeyd edək ki, dayanma-durma qaydalarını pozan sürücülər küçə və prospektlərdə, ictimai nəqliyyat üçün ayrılmış zolaqları, həmçinin avtobus dayanacaqlarını zəbt etməklə digər hərəkət iştirakçılarının narahatçılığına və haqlı narazılıqlarına səbəb olurlar.
Bir daha sürücülərdən “Yol Hərəkəti Haqqında” qanunun tələbləri çərçivəsində inzibati məsuliyyətə cəlb olunmamaları üçün dayanma-durma qaydalarına düzgün əməl etmələri tələb olunur.


Abunəlik