Yevlaxda qəza: Avtomobillərə ciddi ziyan dəydi

Baxılıb:137
Yevlaxda qəza: Avtomobillərə ciddi ziyan dəydi

Yevlaxda idarəetmədən çıxan maşın yol kənarına düşüb.

Hadisə gecə saatlarında rayonun Əkşəm kəndi yaxınlığında baş verib.

Belə ki, idarəetmədən çıxan “Mersedes” markalı minik avtomobili yoldan kənara doğru sürüklənib.

Qeyd edək ki, gün ərzində eyni ərazidə “Chevrolet” markalı iki minik maşınının iştirakı ilə daha bir yol qəzası baş verib. Avtomobillərə ciddi ziyan dəysə də, maşındakılar hadisədən yüngül xəsarətlə qurtulub.

Hər iki faktla bağlı araşdırma aparılır.


Abunəlik