Yevlaxda narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

Baxılıb:203
Yevlaxda narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib


 
Yevlax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Aran qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbində narkomaniyanın fəsadlarından bəhs edən maarifləndirmə tədbiri keçirilib. 

Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Elnur Mehdiyev və digərləri narkomaniya və onun fəsadları ilə bağlı şagirdlərə geniş məlumatlar veriblər. “Ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemlər diqqətə çatdırılıb. Qeyd edilib ki, narkomaniyanın yayılmasının qarşısının alınması məqsədi ilə təhsil işçiləri və valideynlər hüquq-mühafizə orqanlarına yardım etməlidirlər. Bu barədə daxil olan hər bir informasiya ətrafında dəqiqləşdirilmə aparıldığı və cinayət törədən şəxsin qanundan yayına bilməyəcəyi iştirakçıların diqqətinə çatdırılıb. Həmçinin şagirdlərə dərslərinə ciddi yanaşmaları, cəmiyyətimiz üçün faydalı işlər görmələri tövsiyə olunub.
 
Sonda isə narkotiklərin fəsadlarından bəhs edən video çarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Abunəlik