Yevlaxda həmkəndlisinin evindən oğurluq edən şəxs saxlanılıb

Baxılıb:87
Yevlaxda həmkəndlisinin evindən oğurluq edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Ucar regional qrupundan verilən məlumata görə, Yevlax rayon Tanrıqulular kənd sakini H.Bağırova Yevlax RPŞ-yə ərizə ilə müraciət edərək, 2019-cu ilin yay-payız aylarında ona məxsus evdən oğurluq edilməsi barədə məlumat verib.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum edilmiş Rasim Cəfərov saxlanılıb.
Araşdırmalarla R.Cəfərovun iki ədəd videokamera, beş ədəd yaddaş kartı, iki ədəd səsgücləndirici və müxtəlif adda ev əşyaları oğurlamaqla, həmkəndlisinə 1 095 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinə başlanılıb, araşdırmalar davam etdirilir

Əlibala Əsgərov /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir