Yaşasaydı 88 yaşını qeyd edəcəkdi – FOTO

Baxılıb:166
Yaşasaydı 88 yaşını qeyd edəcəkdi – FOTO

Böyük Azərbaycan şairi Əli Kərim (Kərimov Əli Paşa oğlu) 1931-ci ildə Göyçay şəhərində dünyaya gəlib. O, 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, III kursdan Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirib və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Ədibin ilk əsəri olan “Təzə müəllim” şeiri “Azərbaycan pioneri” qəzetində dərc edilib. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında onun “İlk simfoniya” poeması mükafata layiq görülüb. Əli Kərim “Azərbaycan” jurnalının redaksiyasında şeir şöbəsinin müdiri olub. Qeyd edək ki, şairin bugün vəfatından 50-il ötür. Əli Kərim 1969-cu ilin iyunun 30-da Bakıda dünyasını dəyişib, Göyçayda dəfn olunub. Dəfn edildiyi yerdə isə Əli Kərim adlı park salınıb. Bundan əlavə Göyçayda şairin adını daşıyan ev muzeyi də fəaliyyət göstərir. Davud Tarverdiyev – /Göyçay, AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir