YAP DEPUTATI İSRAİLƏ AÇIQ DƏSTƏK VERDİ

Baxılıb:301
YAP DEPUTATI İSRAİLƏ AÇIQ DƏSTƏK VERDİ

Dünyanın harasında olmasından asılı olmayaraq Azərbaycan terroru pisləyir və terrorçuların qətiyyətli şəkildə cəzalandırılmasının tərəfdarıdır. Azərbaycan terrordan uzun illərdir əziyyət çəkən dövlət kimi, eyni zamanda İsraillə dost ölkə kimi İsrail dövlətinə və xalqına qarşı terroru, hərbi təcavüzü pisləyir”.
Bunu Milli Məclisin deputatı Aydın Hüseynov Musavat.com-a açıqlamasında bildirib. A.Hüseynov qeyd edib ki, dost İsrail dövlətinə qarşı hərbi hücum, terror nəticəsində çoxsaylı insanların həlak olması təəssüf doğurur.

Deputat qeyd edib ki, sosial şəbəkələrə nəzər yetirdikdə Azərbaycan cəmiyyətinin dost İsrail dövləti və xalqına qarşı bu xain hücumdan narahat olduğu, Azərbaycan cəmiyyətinin böyük hissəsinin İsrail xalqını müdafiə etdiyi açıq görünür. Bu da səbəbsiz deyil. Çünki Azərbaycan xalqı ən taleyüklü günlərində onun ədalətli mövqeyini müdafiə edən, ona siyasi, mənəvi dəstək verən heç bir dostunu, o cümlədən İsraili unutmur.


Abunəlik