Yanğının təfərrüatları məlum oldu!

Baxılıb:160
Yanğının təfərrüatları məlum oldu!

AzTimes.az xəbər verir ki,Sumqayıtda yataqxanada baş verən yanğının bəzi təfərrüatları məlum olub

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən, ötən gün yanğının baş verdiyi yataqxana binasında 11 məcburi köçkün ailəsi məskunlaşıb.

Bu barədə sakin və hadisənin şahidi Sakit Hüseynov bildirib.

O, qeyd edib ki, dünən axşam saat 22 radələrində binada işıqlar sönüb. Bir neçə dəqiqə sonra partlayış səsi eşidiilib. Bundan sonra yanğın başlayıb.

S.Hüseynov bununla bağlı müvafiq qurumlara məlum verib. Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri, polis əməkdaşları əraziyə cəlb edilib.

Qeyd edək ki, binada Qubadlıdan məcburi köçkün düşmüş 7 ailə, Laçın və Cəbrayıldan 4 ailə (hər rayondan 2 ailə )məskunlaşıb.


Abunəlik