Xocalıda tapılmış məzar yerinə mütəxəssislər və dövlət qurumları birgə baxış keçirəcəklər

Baxılıb:83
Xocalıda tapılmış məzar yerinə mütəxəssislər və dövlət qurumları birgə baxış keçirəcəklər

“Bu gün biz Xocalı rayonunun Qaladərəsi adlanan ərazisində tapılmış məzar yerinə mütəxəssislər və aidiyyəti dövlət qurumları ilə birgə baxış keçirəcəyik”.

Bunu  Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

Onun sözlərinə görə, ərazinin ilkin dəyərləndirilməsi aparılacaq.

Qeyd edək ki, ötən gün Baş Prokurorluğun yaydığı məlumata əsasən, insan qalıqlarının azı üç nəfər şəxsə məxsus olması müəyyənləşib.


Abunəlik