Xankəndi və Şuşada seçici fəallığı açıqlandı

Baxılıb:67
Xankəndi və Şuşada seçici fəallığı açıqlandı

Xankəndi və Şuşada seçici fəallığı açıqlanıb.

Bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

Onun sözlərinə görə, 122 saylı Xankəndi seçki dairəsi üzrə 3946 nəfər səsvermə hüququndan istifadə edib. Xankəndidə seçici fəallığı 50,6 faizdir.

F.Orucov əlavə edib ki, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə 27.030 nəfər seçici səsvermə hüququndan istifadə edib. Bu seçki dairəsi üzrə seçici fəallığı 43,25 faiz təşkil edir.


Abunəlik