Xəstəxana ruhi xəstədən imtina etdi: Nazirlik işə qarışdı

Baxılıb:219
Xəstəxana ruhi xəstədən imtina etdi: Nazirlik işə qarışdı

Bakıda ruhi xəstə olan qadının xəstəxanalardan birinə qəbulu zamanı insident yaşanıb.

AzTimes.az xəbər verir ki, məsələ ilə bağlı görüntülər Oxu.Az-ın redaksiyasına göndərilib.

Məlum olub ki, səhhəti pisləşən qadın akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirilib.

Bu zaman xəstəxanada qeyri-müəyyən səbəblərdən həkimlə xəstənin yaxınları arasında mübahisə düşüb. Onlar həkimlərin qadına yardım etməkdən boyun qaçırdığını iddia ediblər.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən verilən məlumata görə, insidentdən dərhal sonra xəstəxana rəhbərliyi ilə əlaqə yaradılıb.

Məlum olub ki, həmin qadın demensiya xəstəliyindən əziyyət çəkir.

Nazirlikdən bildirilib ki, o, xəstəxanaya qəbul edilib və hazırda Nevroloji şöbədə müalicə alır.

Qeyd edək ki, demensiya ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindromdur.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir