Vilayət Eyvazov rəis müavinini yüksək vəzifəyə Təyin etdi

Baxılıb:203
Vilayət Eyvazov rəis müavinini yüksək vəzifəyə Təyin etdi

Daxili işlər orqanında kadr dəyişikliyi olub.

Aztimes.az  Lent.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Vəfalı Həsənalıyev Ağdaş Rayon Polis Şöbəsinə rəis təyin edilib.

O, bundan əvvəl Binəqədi Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifədən çalışıb.

Qeyd edək ki, əvvəlki rəis Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevin qardaşı Rasim Mustafayev idi.


Abunəlik