Vasif İsmayıl AXCP-çilərdən üzr istədi

Baxılıb:121
Vasif İsmayıl AXCP-çilərdən üzr istədi

“Məsələ bir az böyüdü və çirkinləşməyə doğru gedir. Bəzi yoldaşlarla söhbətlər oldu, yazışmalar oldu. Bir şeydə haqlıdırlar – cəbhəçilər nə də olsa illərdir mübarizə aparan adamlardırlar.

Doğrudur, son hadisədə imtahandan keçə bilmədilər, amma mən də əsəblə doğru etməmişəm.

Yazdığım şərhdə cəbhəçilər demişdim, amma nəinki cəbhəçilər, eyni zamanda AXCP ailəsindən də onları incitdiyim üçün üzr istəyirəm.Qeydsiz, şərtsiz.P.S. Amma içinizdə o söyüşləri yazanları da təmizləyin, qadası.”

Bu statusu  Vasif İsmayıl öz facebook hesabında yazıb. Üzrə səbəb isə onun rəylərdə AXCP-çiləri cındır adladırması olub. V.İsmayılın rəyi cəbhəçilərin etirazına səbəb olub. Daim təmkini və mədəniyyəti ilə insanlarda xoş təəsürat yaratmağı bacaran həkim yenə böyüklüyünə sığınaraq üzr istəyib.

Görüntünün olası içeriği: 2 kişi, gülümseyen insanlar, yazı

Pərvin Abışova /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir