USTA ” OYUNÇU”

Baxılıb:104
USTA ” OYUNÇU”

Gecə ayaqlarının ucuna kimi qaranlıq və buz kimi soyuq libasını geyib dayanmışdı qapısına..
Yatağında o tərəf bu tərəfə fırlanır, hec cür yuxuya gedə bilmirdi. Bu istidə içinə bir titrəmə düşmüşdü…Sanki qaranlığın buz soyuqluğu onun iliylərinə qədər işləyirdi…
Yana- yana yenə xatirələr içərisində qovrulurdu. Ən çətini isə bu qədər zaman içərisində onu bağışlaya bilməməsi idi.
Ruhuna vurulan zərbənin acısını hər gün və hər dəqiqə ürəyini ağrıdan sızıltıda hiss edirdi…
Çox arzulayırdı bir gün onu bağışlaya bilməyi , bağışlasaydı bəlkə unutmağa da gücü çatardı….

Anlamamışdı əvvəllər “oyunçu” olduğunu.
Ürəyi ona toz qondurmağa izin verməmişdi.
Ruhu bir boşluqdaykən rast gəlmişdi ona Mələy…
Əslində sevgiyə çox ehtiyacı olduğu üçün aldanmışdı…
Çünki körpə bir qız uşağı kimi məsumdu ürəyi. Bir damla sevgi üçün çırpına- çırpına can atırdı ona tərəf.
Axı içində məsumiyyət olan bir ürəy “oyunçuluqdan” , xainliydən anlamaz.
Mələy də onu özü qədər saf və məsum bilirdi.
Sevgiyə hava qədər ehtiyacı olan hər bir kəs aldana bilər bu cür “usta oyunçunun” oyununa.
O da aldanmışdı, qulağına söylənən yalan sevgi sözlərinə, şirin sevgi cümlələrinə…
Usta”oyunçu” onun qadın ürəyini qazanmaq üçün ən sevdiyi seirləri söyləmiş, ən gözəl mahnıları oxumuşdu…
O səsini və ən gözəl sözlərini seçmişdi, sevgi gözləyən, məsumiyyəti yıxmaq üçün.
İnandırmışdı onu ” sevgisinə”.
Sanki xüsusi olaraq seçilmişdi bu “rol”üçün.
Bir qadının ürəyindəki ən məsum, ən gözəl duyguları öldürməy üçün gəlmişdi , sevgi qatili.
Axı hər şeyə uşaq kimi məsumiyyətlə baxan bir qadın, necə anlaya bilər usta “oyunçunun” oyununda sadəcə bir müddətlik rol aldığını.
Mələy onun hər damlasını ürəyində sevib, əzizləyir, onun xain planlar qurduğunu ağlına belə gətirmirdi.
İçindəki sevgini balaca uşaq kimi əzizləyib böyütdükcə, onun gəlib ruhunu parça- parça edəcəyini bilmirdi..
Uzun qış gecələrində onun şəklini əzizləyir, xəyalları ilə danışır, qurduğu xəyallardan sanki ruhu uçuşurdu…
Əlləriylə, gözləriylə, bütün dünyası ilə onun olduğunu sanırdı. Və bir damla olsun onun sevgisinə şübhə etmirdi…
Hər dəfə ürəyini qırdıqdan sonra, yenə o sevgini axtarır, göz yaşları içində ondan xəbər gözləyirdi..
Gündə yüz yol ürəyində məzar qazıb, onu dəfn edir, baş ucunda gözləyir, həyata yenidən dönməy üçün çırpınırdı…
Məyər nə çətinmiş aldanmağı qəbul etməy, ruhuna bu yalanı anlada bilməy.
Sevildiyini sanarkən, bir yalançının sevgi adına, xaincə planlar qurduğunu heç cür qəbul edə bilmirdi.. Paramparça olmuş ruhuyla sürünə- sürünə qalmışdı.
Axan göz yaşları da ürəyindəki agrını azalda bilmirdi..
Necə inandırmışdışa onu sevgi oyununa, dünyaya geri dönə bilmirdi..
Mələyin həyata yenidən dönməyi, ömründən günləri, həvtələri deyil, ayları və illəri aldı.
Hər gecənin qaranlığında öldürdüyü duyguları, sabahları qapısını çalıb qarşısında dayandı…
O qədər dərindən yaralanmışdı ki, anlada bilmirdi ürəyinə, bütün yaşadıqlarının bir oyundan ibarət olduğunu…

Hələ də hər qırıldığı sözün arxasında müsbət nəsə axtarırdı ki, sevgisinə bəraət qazandırsın.
Oysa o sevgi, arzu və ümidləri ilə birlikdə çoxdan dar ağacından asılmışdı.
Həm də bir USTA “OYUNÇU” tərəfindən….

Əsmər Vəli /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir