ÜST-dən yeni pandemiya XƏBƏRDARLIĞI: “Buna hazırlaşmalıyıq!”
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloqu Riçard Pibodi quş qripi virusunun insanlar arasında yayıla bilmə qabiliyyətinin formalaşması ilə əlaqədar yeni pandemiya riski barədə xəbərdarlıq edib.
“Virusun (quş qripi) insandan insana keçmə və davamlı olma qabiliyyətinə yiyələnməsi yeni pandemiyaya səbəb ola biləcəyi qorxusu yaradıb. Buna hazırlaşmalıyıq”, – deyə mütəxəssis çağırış edib.
Pibodi qeyd edib ki, elmi ictimaiyyət virusları izləyir və ehtiyac yaranacağı ehtimalı ilə peyvəndlər hazırlayır. O, quş qripinin yeni epidemiyasına xüsusi növ A (H5N1) virusunun səbəb olduğunu diqqətə çatdırıb.
Epidemioloq xüsusən də quşçuluq fabrikinin işçilərinin mühafizəsi məsələsində sayıq olmağı tövsiyə edib, həmçinin ölü və ya ölməkdə olan quşları, eləcə də digər heyvanlardan uzaq durmağa çağırıb.
Mənbə: Gazeta.ru